Gündəm / Siyasət

İran XİN-dən Qarabağla bağlı AÇIQLAMA

İran XİN-dən Qarabağla bağlı AÇIQLAMA

İran Qarabağı Azərbaycanın bir hissəsi hesab edir.

"Kanal14.az" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin sentyabrın 9-da keçirdiyi "seçkilər” barədə suala cavabında deyib.

"İranın mövqeyi aydın, sabit və şəffafdır. İranın Qarabağ ərazisi ilə bağlı mövqeyi heç kimdən gizli deyil. Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir”, - Kənani qeyd edib.