Gündəm / Siyasət

Paşinyan İlham Əliyevlə təcili müzakirələr aparmağa hazır olduğunu bildirdi

Paşinyan İlham Əliyevlə təcili müzakirələr aparmağa hazır olduğunu bildirdi

Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya Federativ Respublikasının kansleri Olaf Şoltsla telefon danışığı aparıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Kansler Şolts regionda sülh və sabitliyin bərqərar olmasına yönəlmiş səyləri dəstəkləməyə hazır olduğunu qeyd edib.

Paşinyan vurğulayıb ki, o, Azərbaycan prezidenti İlham Əliyevlə gərginliyin azaldılması istiqamətində təcili müzakirələr aparmağa hazırdır.

Qeyd edək ki, Ermənistann baş naziri Fransa lideri ilə bugünkü telefon danışığında da Azərbaycan lideri ilə təcili müzakirə etmək istəyini açıqlamışdı.