Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. 

"Kanal14.az" xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Paşinyan Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı Fransa liderinə məlumat verib. 

Makron Paşinyana gərginliyin daha da artmasını qəbuledilməz hesab edib və vəziyyətin yumşaldılmasının vacibliyini vurğulayıb.