Gündəm / Siyasət / Dünya

Sinqapurda prezident seçkiləri keçirilir

Sinqapurda prezident seçkiləri keçirilir

Sinqapurda prezident seçkilərində səsvermə başlayıb.

"Kanal14.az"  xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 04:00) açılıb və saat 20:00-a qədər fəaliyyət göstərəcək.

Hakimiyyət seçicilərə seçki məntəqələrinin yaxınlığında avtomobil saxlamağın qadağan edildiyi barədə xəbərdarlıq edib və ictimai nəqliyyatdan istifadə etməni tövisyə edib.

Seçkilərdə üç namizəd var: keçmiş yüksək rütbəli nazir və keçmiş baş nazirin müavini Tharman Şanmuqaratnam, maliyyəçi Nq Kok Sonq və iş adamı Tan Kin Lian.

Hazırkı prezident Həlimə Yakob ikinci müddətə namizəd olmayacaq.