Gündəm / Cəmiyyət / Mədəniyyət

Sabiq icra başçısının rəis oğlu işçilərin hüquqlarını pozur - ŞİKAYƏT

Sabiq icra başçısının rəis oğlu işçilərin hüquqlarını pozur - ŞİKAYƏT

"Mədəniyyət Nazirliyinin regional idarələrində də özbaşınalıq baş alıb gedir. Qarabağ Regional Mədəniyyət İdarəsinə bu yaxınlarda yeni rəis təyin olunan Qalib Həsənov (sabiq icra başçısı Şamil Həsənovun oğlu-red.) işçilərin məzuniyyət hüquqlarını pozur".

"Kanal14.az" Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu jurnalist Çingiz Səfərli yazıb.

Onun sözlərinə görə, yay fəsli bitmək üzrə olsa da, yeni rəis idarənin tabeliyində olan müəssisələrin əməkdaşlarının məzuniyyətə çıxmasına icazə vermir:

"Söhbət yüzlərlə işçinin hüquqlarının pozulmasından gedir. Digər bir tərəfdən həmin şəxslərə hələ iyul ayının əməkhaqqıları da ödənilməyib. Halbuki artıq dövlət müəssisələrində avqust ayının maaşlarının ödənilməsinə başlanılır".

Kanal14.az: - İddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq !