Gündəm / Siyasət

Zakir Həsənov onu MOİK-ə rəis TƏYİN ETDİ

Zakir Həsənov onu MOİK-ə rəis
Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubuna (MOİK) yeni təyinat olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə polkovnik-leytenant Mənsur Nəcəfov MOİK-in rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, MOİK-in keçmiş rəisi polkovnik Elxan Məcidov tutduğu vəzifədən azad olunduqdan sonra Mənsur Nəcəfov həmin vəzifəsni müvəqqəti icra edirdi.