Gündəm / Cəmiyyət / Sosial

Əzizovun "biznes sevdası" indi də Suaraxanıda davam edir - VİDEO

knkl

Kanal14.az: - Ötən həftə bir tədbirdə dəvətli olaraq iştirak edirdim. Mənim əyləşdiyim masada çox yaxınımda iki şəhid anası əyləşmişdi. Hər ikisi əsəbi və yorğun görünürdü. Çıxış edənlərdən biri 'şəhid ailələrinə göstərilən diqqət və qayğı"dan bəhs etməyə yenicə başlamışdı ki, analarını ikisi də daha dözə bilməyib gileylənməyə başladılar.

Hər ikisi unudulduqlarından, övladlarının şəhidlik zirvəsinə ucalmasından sonra təqribən bir il hörmət, qayğı görsələr də, sonradan tədricən o, qayğıların azaldılmasından narazılıq edirdilər.

Soruşdum hansı rayon ərazisində yaşayırsınız, onlardan biri əslən Şamaxı rayonundan olduğunu və Suraxanı rayonu Hövsan qəsəbəsində yaşadığını dedi.

Bütün Şamaxı sakinləri kimi ana da Şamaxı rayonunu Milli Məclisdə güya təmsil edən Tamam Cəfərovanın yalnız adını eşitdiyini, ümumiyyətlə o, rayonun rəhbərliyindən heçolmasa mənəvi dəstək belə görmədiklərini dedi.

Suraxanı rayonuna gəldikdə isə...

Bəli, burda da vəziyyət heç də Suraxanı rayon İcra Hakimiyyətinin rəsmi səhifəsində paylaşılan xəbərlər qədər təqdirəlayiq deyil.

2021-ci ilin dəqiq xatırlamıram yanvar, yoxsa fevral ayı idi Suraxanı rayonunda bir şəhid məclisində olarkən, 1-2 şəhid ailəsi icra başçısı barəsində gözəl sözlər deyərək, ondan razılıq etmişdilər.

O, zaman da "DogruXeber.az" adımızın məsuliyyəti ilə tədbir barəsində yazdığım materialda Əziz Əzizovun da adını xüsusi qeyd edərək, şəninə təriflər yazmışdım.

Əslində bu gün də o cür yazmaq istərdim, amma...

Bəli, bu əmmanı yaradan son vaxtlar şəhid ailələrinə qarşı diqqət və qayğıda "simic"lik edən rayon rəhbəri Əziz Əzizovun özüdür.

Anadan soruşdum ki, "axı orada mən tədbirdə olanda bir neçə nəfər razılıq edirdi.

Ananın verdiyi cavab bu oldu ki, "əvvəllər eləydi, sonradan yaddan çıxdıq. İndi mənim yaşadığım küçə bərbad gündədir, dəfələrlə müraciət etmişəm, düzəltmirlər. Azəravtoyol-a da müraciət etmişəm, elə deyirlər düzəldəcəyik, amma dəyişən bir şey yoxdur".

Azəravtoyol-a müraciət etmək sizcə ananın işi idi?

Rəhbərlik etdiyi ərazi sakinlərinin problemlərini aidiyyatı qurumlardan tələb etmək rayon rəhbərliyinin, ərazi üzrə millət vəkilinin işi deyilmi?

Amma, dəfələrlə icra hakimiyyətinə müraciət edib, hər dəfə vədlərlə yola salınan ana özü əlacsız qalıb aidiyyatı qurumlara müraciət edib.

Adətim üzrə yazını yazmadan öncə Əziz Əzizovun barəsində internet üzərindən kiçik araşdırma apardım.

Tramvay ustası işləməkdən başlayıb, işini mühəndisliyə, ardından sahibkarlığa qədər böyüdən Əzizov, sahibkarlıqdan birbaşa keçid edib Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə.

Sizcə bu təsadüfdürmü?

Əlbəttə yox, Kərəm Həsənov kimi "day-dayı" olduğu deyilən Əzizovun heç xüsusilə ilk dəfə Cəlilabad rayonuna başçı getməsi də təsadüf deyil.

Yerli medianın yazdığına görə sahibkar fəaliyyəti olan Əzizov bu rayonda özünə böyük fermer təsərrüfatları qurub, rayonun problemlərindən çox özünün və himayədarının təsərrüfatlarına nəzarət edib. Hətta, saytların yazdığına görə onun sözügedən rayonda özünə məxsus şərab zavodu belə var.

Orada torpaq sahələrinin qanunsuz satışı ilə xeyli sərvət toplayan Əzizovun "bezrazmer" nəfsi o yerə gətirib çıxardı ki, vətəndaşlara məxsus pay torpaqlarını da müxtəlif yollarla əllərindən alıb, bir başqalarına satacaq qədər "gözü böyüdü".
Hətta, deyəsən bir ara "nəfsi başına bəla olmuşdu ". Yerli medianın yazdığına görə, iş adamı Fərhad Əliyevin biznesinə yiyələnmək istəyi Əzizova "cızza" təsiri bağışlamışdı. Necə deyərlər, "daş qayaya rast gəlmişdi".

Ümumiyyətlə, Əzizovun Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı olduğu illərdə xeyli sayda Cəlilabad sakinləri dərdini götürüb mətbuata axışmışdı. Onlardan "Kanal14"ə danışan Hüseynov Aydın İman oğlu və Hüseynov Aqşin Aydın oğlunun Əzizov haqqında, "biz onu Alverçi" kimi tanıyırıq deməsinə səbəb, onların da rəsmi sənədlər əsasında özlərinə məxsus olan pay torpaqlarının əllərindən alınıb, başqasına satılması idi.



Yeri gəlmişkən, onu da qeyd edək ki, özü üçün Cəlilabad rayonunda böyük əkin sahələri, üzümçülük sahələri, mal-qara ferması, şərab zavodu və digər bizneslər qurduğu deyilən Əzizov, icra başçısı olan kimi, bacısı oğlu Murad Ağayevi özünə sürücü götürdü.

Demək olar ki, 10 il Cəlilabadın bərəkətindən yararlandıqdan sonra "yaxşılıq mələyi"nin yardımı ilə gətirildi Yasamal rayonuna.

Təbii ki, bu da təsadüfi deyildi. O zamanlar onun biznes ortağı olduğu deyilən Kərəm Həsənov Əmlak Komitəsinin sədri idi və Yasamal rayonunda xeyli tikinti aparılacağı nəzərdə tutulmuşdu.

Yasamal rayonuna gələr-gəlməz sürücüsü olan bacısı oğlu Murad Ağayevi İcra Hakimiyyətində hüquq şöbəsinin müdiri təyin etdi.

Təsəvvür edirsinizmi, sürücülükdən hüquq şöbəsinə müdir?!

Nə bilim vallah...???!

Əlqərəz...

Yoldaş Əzizov ilkin olaraq, "yolların təmiri" adı altında yolqırağı iaşə obyektlərini və obyekt üçün yararlı torpaq ərazilərini nəzərdən keçirdi.

Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə o zamanlar Yasamal rayonu ərazisində qanunsuz fəaliyyət göstərən iaşə obyektlərinin sahiblərində obyektin bağlanması, yaxud sökülməsi kimi qorxular yaradan Əzizov Yeni Yasamal -2 ərazisində baxımsız qalmış köhnə parkın yenidən bərpasında həmin sahibkarların maddi "kömək"lərindən "doya-doya" yararlanmış və bu yolla da büdcədən pul silməyə nail olmuşdur.

Hər fürsətin dəyərini bilən Əzizovun Yasamala gəlişi ilə rayonun əksər ərazilərində, xüsusilə də Yeni Yasamal ərazisində yeni böyük yaşayış binalarının, eləcə də iaşə obyektlərinin tikintisinə başlanıldı ki, bunların da Əzizov və "can parçası" ortağına məxsus olduğu deyilir.

Həmçinin, köhnə "ətçilər" deyilən ərazidə böyük yaşayış binasının, "Qələbə" dairəsindəki "Baku Mall" biznes mərkəzinin, eləcə də paytaxtın müxtəlif ərazilərində fəaliyyət göstərən bir neçə biznes mərkəzlərinin də Əzizov və Həsənov ikilisinə aid olduğu deyilir.

Qeyd edək ki, aldığımız məlumata görə Əziz Əzizovun qardaşları tikinti biznesi ilə məşğuldur.

Bundan əlavə, İkinci Yasamal ərazisində gözəl bir park inşa edildi və parkın içində bu gün də iki böyük iaşə obyektləri fəaliyyət göstərir ki, həmin obyektləri və parkın yaxınlığındakı böyük meyvə-tərəvəz mağazasını da Əzizovun qardaşları və yaxınlarının idarə etdiyi deyilir.

Bir sözlə himayədarı - eyni zamanda biznes ortağı Kərəm Həsənovun xüsusi köməkliyi ilə Yasamal rayonunda yalnız və yalnız özü üçün böyük bizneslər quran Əzizov, burada da xeyli vətəndaş narazılıqları yaratdıqdan sonra, nəhayət "transfer" olundu Suraxanı rayon İcra Hakimiyyətinə.

Amma, burda vəziyyət fərqlidir. Deyilənə görə 5 vətəndaşı incidəndə üçünü razı salır ki, hamını özündən narazı salmasın. Səbəb isə yerli saytlardan birinin yazdığına görə oturduğu posta "tramplin" kimi baxmasıdır.

Yoldaş Əzizov"növbəti dayanacaq" olaraq Bakı şəhər İcra Hakimiyyətini hədəfləyib.

Amma, deyəsən "lənətə gəlmiş nəfs" Əzizova hədəfinə doğru gözünə kəsdirdiyi yolda ona mərdimazar olmaq istəyir. Ya da nəfs həmişəkidir, sadəcə mane olan Suraxanı sakinlərinin "gözüaçıqlığ"ı dır ki, bu görüntülərə - çoxillik yaşıllıq ağaclarının kəsilməsinə susa bilməyib, media nümayəndələrinə xəbər ediblər.

Maraqlı, görəsən "xeyirsevər" Əzizov bu parkı niyə Yasamal rayonundakı kimi təmir etdirməyib?

Yəqin, ya işinə yaramır, ya da Yasamaldakı kimi təmirini "boynuna qoya biləcəyi" sahibkar tapmayıb hələ ki...



Gördüyünüz kimi, heç bir yaranmış fürsəti bada verməyib, Suraxanı rayonu ərazisindən - o torpağın bitirdiyi yaşıllıq ağaclarından da yararlanmağın çəmini tapıb.

Kimsəyə sirr deyil ki, bu kimi "işlər" Ərazi üzrə İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə "əməkdaşlığı" ilə baş tutur.

Qeyd edək ki, redaksiyamıza Əzizovun buradakı müxtəlif növ gəlirləri barəsində təfərrüatlar və digər hətta, korrupsiya halları barəsində məlumatlar daxil olub ki, bütün bunlar barəsində məlumatlar növbəti yazılarımızda öz əksini tapacaq.

P.S: Barəsində "bir şeylər" bilən bloger və jurnalistlərlə "dostluq" edən Əzizov yazıda qeyd olunan, eləcə də növbəti yazılarımızda qeyd edəcəyimiz məlumatlar barəsində mövqe öyrənmək cəhdlərimizə biganə yanaşdığı, müxtəlif bəhanələrlə görüşməkdən yayındığı üçün bu dəfə mövqeyini öyrənə bilmədik. Lakin, əgər redaksiyamızla əlaqə saxlanılıb mövqe bildirmək istərlərsə, Əzizovun özü və bəzi müavinləri barəsində məlumatların yer alacağı növbəti yazımızda onların da mövqeyinə yer ayıracağıq.

Yeri gəlmişkən, Suraxanı rayonuna da gedər-getməz bacıoğlunu özünə köməkçi götürdü.

Özü necə tramvay ustalığından İcra Hakimiyyəti başçısı vəzifəsinə qədər gəlmişdisə, bacıoğlu da sürücülükdən köməkçiyə qədər eləcə gəldi. Düzdür, hazırda Murad Ağayev artıq onun köməkçisi deyil, yəni işdən azad edib. Lakin, sonradan harda işə düzəltdiyi barəsində hələlik məlumat yoxdur. Yəqin ki, ara sakitləşsin, onu da yerbəyer edəcək, məqamını gözləyir.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Jalə Asiman