Gündəm / İqtisadiyyat

Agentlikdən "Azəri Med” şirkətinə 3,8 milyon manata yaxın sifariş - TENDER NƏTİCƏSİ

Agentlikdən

İcbari Tibbi Sığorta Agentliyi """Yeni Klinika” tibb müəssisəsində istifadə üçün nəzərdə tutulmuş tibbi sərfiyyat və tibbi ləvazimat satın alınması (II elan).” tenderinin nəticəsini açıqlayıb.

"Kanal14.az" DİA.AZ-a istinadən xəbər verir ki, tenderin qalibi "Azəri Med” QSC (VÖEN: 1500072561) olub.

Şirkətlə 3 778 253 manat məbləğində müqavilə imzalanıb.