Gündəm / İqtisadiyyat / Cəmiyyət

"Azəri Biznes" MMC şirkətinə 15 milyonluq 2 sifariş


Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti daha 2 tenderin nəticələrini elan edib.

"Kanal14.az" FED.az-a istinadla xəbər verir ki, tenderlərin qalibi "Azəri Biznes" MMC-dir (VÖEN: 1401122631).

Belə ki, şirkətlə "Bakı şəhəri, Səbayıl rayonu, "Badamdar 20-ci sahə" sürüşmə sahəsində mühəndis axtarış işləri" tenderi üzrə 10 997 093, "Bakı şəhəri, Səbayıl rayonu, "Badamdar 20-ci sahə" sürüşmə sahəsində mühəndis axtarış işləri" tenderi üzrə 5 661 524, cəmi 16 658 617 manat məbləğində müavilə imzalanıb.