Gündəm / Sosial

İcra Hakimiyyəti milyonluq tenderi “1 illik” şirkətə verib - İcazə verin, şübhələnək...

İcra Hakimiyyəti milyonluq tenderi “1 illik” şirkətə verib - İcazə verin, şübhələnək...

 

 
Kanal14.az: - Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Gəncə şəhər ərazisinin işiqlandırma sistemlərində təmir işlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Tenderin qalibi "Aran Tikinti-Quraşdırma” MMC olub. Qalib şirkətlə 1 mln 154 min 536,9 manat olub.

Qeyd edək ki, "Aran Tikinti-Quraşdırma” MMC 29.07.2020 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Cəfərov Maşallah Möhsüm oğludur. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Xətai rayonu, Məhəmməd Hadi, ev 51 m. 1-dir.//dia.az