Gündəm / İqtisadiyyat / Cəmiyyət

Aqrar Tədarük və Təchizat üç tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR

Aqrar Tədarük və Təchizat üç tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR

Aqrar Tədarük və Təchizat daha üç açıq tenderin nəticələrini elan edib.

"Kanal14.az" FED.az-a istinadən xəbər verir ki, qalib şirkətlər aşağıdakılardır:

1."Kənd təsərrüfatı məhsullarının satışı üzrə təşkil edilən yarmarkalarda istifadə edilən fərqli ölçülü karkas konstruksiyalı çadırların tent hissəsinin yenisi ilə əvəz olunması və montaj işlərinin satın alınması" tenderinin qalibi "Azinform 2014" MMC (VÖEN: 1902039721) olub.

Şirkətlə 87 410 manat məbləğində müqavilə imzalanıb.

2.""Aqrar tədarük və təchizat” ASC tərəfindən tədarük və təchizat logistikasında istifadə edilən Man tgs 19.440 (2017-ci il istehsalı) və onlar üçün krone yarımqoşqu yük avtomobillərinə ehtiyyat hissələrinin, təmir və texniki xidmət göstərilməsinin satınalınması" tenderinin qalibi "MNK Trading" MMC (VÖEN: 1603901761) olub.

Şirkətlə 179 990 manat məbləğində müqavilə imzalanıb.

3."İKT avadanlıqlarının satın alınması" tenderinin qalibi "Unisell" MMC (VÖEN: 2005964101) olub.

Şirkətlə 111 532 manat məbləğində müqavilə imzalanıb.