Azərbaycan yığmasının üzvü Musa Qurbanlının yeni klubu "Yurqorden" bu gün İsveç çempionatında növbəti oyununu keçirəcək.

"Kanal14.az" xəbər verir ki, komanda 17-ci turda "Elfsburq"la üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Musa bu oyunda meydana çıxarsa, İsveç çempionatında və "Yurqorden"də debüt etmiş olacaq. 21 yaşlı hücumçu bu ay "Yurqorden"lə 3 illik müqavilə imzalayıb.