İdman

Millimizin üzvü ABŞ-da dubl etdi

Millimizin üzvü ABŞ-da dubl etdi

Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi "Finiks Rayzinq” növbəti matçını keçirib. Kanal14.az "Qafqazinfo”a istinadən xəbər verir ki,  ABŞ Milli Futbol Liqası (USL) təmsilçisi evdə "Las-Veqas Layts" kolektivini 5:1 hesabı ilə məğlub edib.

Millimizin üzvü də oyunun iştirakçısı olub. 29 yaşlı hücumçu görüşün 27 və 44-cü dəqiqələrində adını tabloya yazdıra bilib. Dadaşovun dubl etdiyi görüşdə məhdud sayda azarkeşlər də yer alıb.

 

"Finiks Rayzinq”  hazırda 12 oyundan sonra 26 xalla B qrupunda liderdir.

Qeyd edək ki, aktivində 10 qol olan Rüfət Dadaşov Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunlarına çağırılmayıb.