Bağdadda Quranın yandırılması aksiyasına etiraz olaraq iraqlılar İsveç səfirliyinin binasına soxulublar.

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar səfirliyi ələ keçirib və yandırıblar.

Səfirlik əməkdaşlarından heç biri xəsarət almayıb.

Daha əvvəl bildirilmişdi ki, İsveç polisi  iyulun 12-də Helsinqborqun mərkəzində dini kitabın yandırılması ilə nümayişin keçirilməsinə icazə verib. Hadisədən sonra BMT Quran və digər müqəddəs kitabların yandırılmasını pisləyən qətnamə qəbul edib.