Gündəm / Cəmiyyət / Təhsil

Naxçıvan təhsilindən oğurlanan pulların İZİ İLƏ... - İLGİNC FAKT

Naxçıvan təhsilindən oğurlanan pulların İZİ İLƏ... - İLGİNC FAKT

Kanal14.az: - Naxçıvan təhsil sistemini araşdırdıqca maraqlı faktlar ortaya çıxır... Beləliklə DİA.AZ olaraq muxtar respublikada evi yıxılan təhsil sistemindən əldə olunan pulların xərcləndiyi daha bir ünvanı aşkara çıxarmışıq.

Xatırladaq ki, daha öncə Naxçıvan Təhsil Naziri Rəhman Məmmədovun Naxçıvan şəhərindəki 400.000 manatlıq villası və bir o dəyərdə ata yurdundakı villası haqqında məlumat paylaşmışdıq.

Aşağıda rəsmini təqdim etdiyimiz instaqram səhifəsi Şərur rayon Təhsil şöbəsinin müdiri Malik İsmayılovun Bakı şəhərində yerləşən 250.000 manata aldığı gözəllik salonunun reklam səhifəsidir...

Naxçıvan təhsilindən oğurlanan pulların İZİ İLƏ... - İLGİNC FAKT

Bəli, bunlar bu mülkləri alın təri ilə aldıqlarını iddia edirlər... Amma həmin alın tərində Naxçıvan təhsilindən çırpışdırılan büdcə pullarını görməmək isə imkansızdır. Hər halda, bu faktlar gərəkən qurumların nəzərlərini nəhayətdə cəlb edəcək...

Məsələ ilə bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq.