Gündəm / Cəmiyyət / Təhsil

Aqrar Universitetdə QİYABİ TƏHSİLİ bazara çeviriblər... - Rektorun çətiri altında...


Aqrar Universitetdə QİYABİ TƏHSİLİ bazara çeviriblər... - Rektorun çətiri altında...

Kanal14.az: - Azərbaycan Dövlət Aqrar Universitetin (ADAU) Tələbə Həmkralar İttifaqı Komitəsinə kənardan - Gəncə Dövlət Universitetindən kadr gətirilməsi ADAU-da birmənalı qarşılanmayıb. Hətta etirazlar var və bu seçkilər kifayət qədər şübhəli elan olunmaqla yanaşı, bu işdə korrupsiya izinin olması da iddia olunur.

Qeyd edək ki, DİA.AZ-a göndərilən məqalədə bu dəfə digər faktlar açıqlanır: "Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) prorektorların biri 30 ilin müəllimlərin canına düşüb onları təhqir edir, onların işini bağlayır, zülmlə qurulmuş fermaları dağıtmağa çalışır... Vəsait yoxdur deyirlər. Cənab rektor, hanı o əlaltılarınızın əliynən altdan-altdan yığdığınız pullar?

Hələ utanmaz-utanmaz 4-5 saat iclas edib "mən rüşvətsiz işləyirəm" deməkdən də qalmırsınız...

Tədrisi idarə edicilərini 4-5 saat iclaslarda saxlamağınızdan bilinir ki, siz nə cür rektor əvəzisiniz, cənab Zəfər Qurbanov!

Hansı rüşvətsiz işindən danışırsan ki, qiyabi təhsildə sağ əlin Bəşir Bağırzadə mühəndislik fakültəsinin dekanı Təvəkkül İslamov və aqrotexnologiya fakültəsinin dekanı Əfqan Hüseynovla birlik olub qiyabi tələbələrin testlə imtahanlarını yazdırır. İmtahan sisteminə isə sabiq rektor İbrahim Cəfərovun dönəmində bu əməllərinə görə mətbuatda tələbələrlə yazışması çıxan Ruslan Tahirov baxır. Bütün imtahan sistemi Ruslan Tahirovun əlindədir sistemə nəzarət edən belə yoxdur.

Adı altında "daxili nəzarət şöbəsi" olmasına baxmayaraq bu şöbənin müdiri Bəşir Bağırzadənin işi ancaq, Zəfər Qurbanova qara kassirlik etməkdir..."

DAVAMI MÜTLƏQ VAR...

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.//dia.az