kanal14.az
kanal14.az

Aqrar Universitetdə nələr baş verir? - Prezidentə müraciət olundu

Aqrar Universitetdə nələr baş verir? - Prezidentə müraciət olundu
17-05-2021, 11:00 109 dəfə baxılıb

Aqrar Universitetdə nələr baş verir? - Prezidentə müraciət olundu

Kanal14.az: - "Cənab Prezident,Təhsil Nazirliyinin əmri ilə ölkəmizdəki sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq ali məktəblərdə müxtəlif vəzifələrə seckilərin keçirilməsi xüsusi karantin rejimi başa çatana kimi təxirə salinıb". Bu sözlər ADAU-dan Prezidentə edilən müraciətdə yer alıb.


Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə daha sonra bildirilir: "Lakin buna baxmayaraq qeyri-qanuni olaraq ADAU-da rektor İbrahim Cəfərov Aqronomluq fakültəsinə dekan seçkisi keçirir.Burada çoxlu layiqli namizədlər bu vəzifəni tutmaq üçün sənəd təqdim edib.Cənab Prezident, məlumunuz olsun ki,Prezident Apartında işləyən Fərman adlı şəxs rektor İbrahim Cəfərovu məcbur edir ki,onun yeznəsi olan Musa Bayramovu dekan seçsin. Musa Bayramovun adı isə Müəllimlər İnstitutuna saxta tələbə qəbulunda, saxta diplom satışında, habelə müxtəlif valideynləri aldadıb, onlardan pul alaraq guya onların övladlarını müxtəlif ali məktəblərə qəbul etdirəcəkləri ilə bağlı yalandan vədlər verməkdə hallanır. Əgər bu şagirdlər ali məktəbə öz bacarıqları ilə qəbul olursa, onda onların bu nailiyyətini Musa Bayramov öz adına çıxır, DİM-də tapşırdığını iddia edir. Əks halda isə valideynlərə, narahat olmayın, bir az gözləyin, həll ediləcək deyir, diplomunu verdirəcəm deyir. Qısa desək DİM-in nüfuzuna ləkə gətirməklə məşğul olur.

Cənab Prezident,Sizdən çox artıq dərəcədə xahiş edirik ki,Prezident Aparatında işləyən Fərman adlı şəxsin haqqında lazımi tədbir görəsiniz.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA