Gündəm / Siyasət / İqtisadiyyat / Dünya

Qazaxıstan və Azərbaycan 5 milyon ton Qazaxıstan neftinin nəqli ilə bağlı danışıqlar aparır

Qazaxıstan və Azərbaycan 5 milyon ton Qazaxıstan neftinin nəqli ilə bağlı danışıqlar aparır

Qazaxıstan və Azərbaycan bu il Bakı-Supsa boru kəməri ilə 5 milyon ton Qazaxıstan xam neftinin nəqli üçün danışıqlar aparırlar.

"Kanal14.az" qeyd edir ki, danışıqlardan xəbəri olan üç mənbə cümə günü Reuters agentliyinə bildirib ki, Astana Rusiya vasitəsilə tranzitdən asılılığını azaltmağa çalışır.

Mənbələrdən biri qeyd edib ki, sözügedən neft Xəzər dənizinin Qazaxıstan şelfindəki nəhəng Kaşaqan yatağından gələ bilər.

İki Azərbaycan rəsmisi və bir Qazaxıstan rəsmisinin sözlərinə görə, Azərbaycan bu təkliflə çıxış edib və hazırda tərəflər detalları müzakirə edir.

Neftinin böyük hissəsini Rusiyadan keçən Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə Avropaya nəql edən Qazaxıstan Ukrayna münaqişəsi səbəbindən öz marşrutlarını diversifikasiya etməyə çalışır.

Artıq Azərbaycandan çıxan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft nəqlinə başlayıb.

Kanal14.az
Kamal Əsgərov