İqtisadiyyat

Azərbaycan Cənubi Qafqaz boru kəməri ilə qazın ixracını 19 % artırıb

Azərbaycan Cənubi Qafqaz boru kəməri ilə qazın ixracını 19 % artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 15 589,8 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,2% artım müşahidə olunub.

Kanal14.az Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata əsasən bildirir ki, qazın nəqlinin 37,4% Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 5 831,2mln. kubmetr qaz ötürülüb (ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 19,2%-lik artım).

Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Kəmərin uzunluğu 980 km, diametri 42 düymdür.

 

Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz 2007-ci ilin martında vurulub. Boru kəməri 1-i Azərbaycanda, 3-ü Gürcüstanda olmaqla 4 qaz təhvili stansiyasına malikdir.