Gündəm / Siyasət / Dünya

Polşa Ukraynaya MiQ-29 qırıcılarını göndərir

Polşa Ukraynaya MiQ-29 qırıcılarını göndərir

Polşa hakimiyyəti Ukraynaya bir neçə MiQ-29 döyüş təyyarəsi göndərib.

"Kanal14.az" "lenta.ru"ya istinadən bildirir ki, bu barədə bazar ertəsi RMF radiosunun efirində dövlət katibi və Polşa prezident aparatının Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaç məlumat verib.

"Mən bildiyimə görə, bir neçə MiQ-29 qırıcısı artıq [Ukraynaya] göndərilib", - Przydacz deyib. "Mən bildiyimə görə, bu proses artıq başa çatıb - əgər birinci hissənin transferindən danışsaq."

Onun sözlərinə görə, Polşa ordusu yaxın bir neçə ildə adıçəkilən döyüş təyyarələrini daha müasirləri ilə əvəz etməyi planlaşdırır.

Polşanın Malbork hərbi aviabazasında 28 MiQ-29 qırıcısı var.

Kanal14.az
Asiman Əsədsoy