Gündəm / Siyasət / Dünya

Çexiya prezidenti artıq Ukraynaya kömək edə bilməyəcəklərini bəyan edib

Çexiya prezidenti artıq Ukraynaya kömək edə bilməyəcəklərini bəyan edib

Çexiya prezidenti Petr Pavel ölkəsinin Ukraynaya hərbi yardım göstərmək imkanlarının tükəndiyini bildirib.

"Çexiya Ukraynaya silah tədarükündə mümkün qədər kömək etdi, lakin artıq bunun üçün başqa imkanları yoxdur."

"Kanal14.az" "Tass" agentliyinə istinadən bildirir ki, bunu Almaniyanın "Suddeutsche Zeitung” nəşrinə müsahibəsində Çexiya Prezidenti deyib.

Petr Pavel, Çexiya Prezidenti: "Çexiya Ukraynaya silah təchizatında bacardığı qədər kömək etdi, lakin artıq bunun imkanı yoxdur”.

Siyasətçinin sözlərinə görə, Çexiyada döyüş sursatı istehsalı üçün imkanlar var, lakin işçi qüvvəsi kifayət qədər deyil.

Petr Pavel: "Burada işçi qüvvəsi tapmaq çətindir. Amma, məsələn, Ukraynadan işçilər dəvət etmək imkanları var”.

Pavel Almaniyanın Ukraynanı alman Leopard 2 tankları ilə təmin etmək qərarını "çox yaxşı addım” adlandırıb. Çexiya prezidenti həmçinin Polşa və Slovakiyanın Ukraynaya təhvil vermək niyyətində olduqları MiQ-29 qırıcılarının gələcək tədarükünü yüksək qiymətləndirib.

Bir müddət əvvəl NATO Hərbi Komitəsinin rəhbəri vəzifəsində çalışmış Petr Pavel bu il Ukrayna münaqişəsində dönüşün olacağını bildirmişdi.

Kanal14.az
Ulduz Talıblı