Gündəm / Siyasət / Dünya

Ukrayna NATO-ya üzv olmağa layiqdir - Çexiyanın yeni lideri Petr Pave

Ukrayna NATO-ya üzv olmağa layiqdir - Çexiyanın yeni lideri Petr Pave

Çexiyanın yeni seçilmiş prezidenti Petr Pavel BBC-yə deyib ki, "müharibə bitən kimi" Ukraynanın NATO-ya üzv olmasına icazə verilməlidir.

NATO-nun istefada olan generalı cənab Pavel bildirib ki, Ukrayna münaqişə sona çatdıqdan sonra Qərb alyansına qoşulmağa "mənəvi və praktiki olaraq hazır olacaq”.

General Pavel seçildikdən sonra beynəlxalq mediaya verdiyi ilk müsahibəsində Qərbin Kiyevə hərbi dəstəyini ciddi müdafiə etdi.

"Mən fəxr edirəm ki, mənim ölkəm Ukraynaya mühüm hərbi yardım göstərən ilk ölkələrdən biridir”.
Kanal14.az
Kamal Əsgərov