Gündəm / Hadisə / Dünya

38 ildən sonra vulkan püskürməsi riski: Minlərlə insan ölə bilər

38 ildən sonra vulkan püskürməsi riski: Minlərlə insan ölə bilər

Mütəxəssislər Kolumbiyanın Nevado del Ruiz vulkanında yaşanan vulkanik aktivliyə görə partlayış riskinə qarşı xəbərdarlıq ediblər. 13 noyabr 1985-ci ildə baş verən partlayışda 25 min insanın həyatını itirdiyini xatırladan səlahiyyətlilər, ola biləcək partlayışın ciddiliyinə diqqət çəkib.

"Kanal14.az" "Ntv haber"ə istinadən xəbər verir ki, Kolumbiya Geoloji Xidmətinin (SGC) açıqlamasında, Kaldas inzibati bölgəsinə daxil olan Manizalesdəki vulkanda təkcə dünən 9600 təkan qeydə alındığı bildirilib.

Mütəxəssislər səlahiyyətlilərdən vulkanda baş verə biləcək mümkün partlayış riskinə qarşı Narıncı siqnala keçməyi xahiş ediblər.

SGC xəbərdarlıq edib ki, Nevado del Ruiz vulkanı tüstü və kül püskürür və əgər püskürərsə, vulkan reaksiyası şiddətli olacaq.

Sözügedən vulkanik fəaliyyət davam edərsə, ölkədə uçuş fəaliyyətlərinin kəsiləcəyini xatırladan SGC, paytaxt Boqota da daxil olmaqla bir çox bölgənin təsirlənəcəyini bildirdi.

Nevado del Ruiz vulkanında 13 noyabr 1985-ci ildə püskürmə nəticəsində meydana gələn seldə 25 min insan həyatını itirmişdi.

Dünyada "Armero Faciəsi" olaraq da bilinən Ruiz vulkanı fəlakəti səbəbiylə bölgədə narahat bir gözləmənin yaşandığı paylaşılıb.

Nevado del Ruiz vulkanı paytaxt Boqotadan 129 kilometr aralıda yerləşir. Ərazi həm də Los Nevados Milli Parkında yerləşir.

Kanal14.az
Kamal Əsgərov