Gündəm / Siyasət / Dünya

Prezidentliyə namizədlərin bülletendəki yerləri müəyyən edilir

Prezidentliyə namizədlərin bülletendəki yerləri müəyyən edilir

Seçki təqvimində prezidentliyə 4 namizədin bülletendəki yerlərini müəyyən etmək vaxtıdır.

Bunun üçün YSK-da püşkatma keçiriləcək.

"Kanal14.az" "Ntvturk"ə istinadən xəbər verir ki, Ali Seçki Şurası (YSK) prezidentliyə namizədlərin bülletendəki yerlərini müəyyən etmək üçün püşkatma keçirir.

Kamal Kılıçdaroğlunu təmsil edən, Mehmet Hadimi Yakupoğlu, Məhərrəm İncəni təmsil edən, Rəcəb Tayyib Ərdoğanı təmsil edən Halil İlker Çelik, Hüseyn Aydını təmsil edən Sinan Oğandır.

Qeyd edək ki, bunu Kürşat Ergün edəcək.

Prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına aprelin 12-dən, parlament seçkilərində istifadə olunacaq bülletenlərin çapına isə aprelin 19-dan başlanacaq.

Seçki təqviminə əsasən, aprelin 2-də muxtarlıqlarda siyahıların verilməsi dayandırılacaq.

Aprelin 8-də alyansların və siyasi partiyaların bülletendə yerlərinin müəyyənləşdirilməsi üçün püşkatma keçiriləcək. Aprelin 9-da deputatlığa namizədlərin siyahıları Ali Seçki Şurasına təqdim olunacaq.

Aprelin 19-da deputatlığa namizədlərin yekun siyahısı açıqlanacaq.

14 May 2023-cü il Bazar günü birlikdə keçiriləcək Prezident Seçkiləri və 28-ci Dövr Parlament Seçkilərində Prezidentliyə namizədlər əlifba sırası ilə; Kamal Kılıçdaroğlu, Məhərrəm İncə, Rəcəb Tayyib Ərdoğan və Sinan Oğandan ibarətdir.

Kanal14.az
Kamal Əsgərov