Gündəm / Siyasət / Dünya

Rəsmi Qəzetdə prezidentliyə namizədlərin müvəqqəti siyahısı

Rəsmi Qəzetdə prezidentliyə namizədlərin müvəqqəti siyahısı

"Kanal14.az” "DW”a istinadən xəbər verir ki, Yüksək Seçki Kurulu (YSK), 14 Mayda keçiriləcək prezident seçkiləri üçün namizədliyini irəli sürmə müddətini tamamladıqdan sonra müvəqqəti namizəd siyahısını Rəsmi Gazetenin bugünkü sayında dərc edib.

Müvəqqəti siyahıda Xalq Birliyinin namizədi AKP sədri Rəcəb Tayyib Ərdoğan, Milli İttifaq tərəfindən namizədliyi irəli sürülən CHP sədri Kamal Kılıçdaroğlu, Vətən Partiyasının sədri Məhərrəm İncə və Ata-nın namizədi Sinan Oğanın adları yer alıb.

Adları ilkin siyahıda olan namizədlərdən 29 mart çərşənbə günü saat 17:00-a qədər şikayət verilə bilər. YSK etirazları qiymətləndirib qərar verdikdən sonra prezidentliyə namizədlərin yekun siyahısını 31 Mart Cümə günü Rəsmi Qəzetdə dərc edəcək. Siyahı olduğu kimi dəqiqləşərsə, prezident seçkilərində 4 namizəd mübarizə aparacaq.

Kanal14.az
Samirə Əsgərova