Gündəm / İqtisadiyyat / Dünya

Video oyunları sınaqdan keçirən süni intellekt reallığa çevriləcək: Google QA mütəxəssislərini süni intellektlə əvəz edəcək

Video oyunları sınaqdan keçirən süni intellekt reallığa çevriləcək: Google QA mütəxəssislərini süni intellektlə əvəz edəcək

"Kanal14.az" "gamtrant.com"a istinadən xəbər verir ki, Google süni intellektin (AI) köməyi ilə video oyunları sınaqdan keçirməyi planlaşdırır. Şirkət artıq, texnologiya üçün patent ərizəsi təqdim edib və bu QA mütəxəssislərinin iştirakı olmadan video oyunları sınaqdan keçirməyə imkan verəcək.

Gamerantın qeyd etdiyi kimi, son aylar bazarda süni intellektə əsaslanan çoxlu sayda proqram və alətlər peyda olub. Ən diqqət çəkəni OpenAI tərəfindən hazırlanmış ChatGPT chatbot idi. Daha sonra Microsoft və Google öz həll yollarını təqdim etdilər: Bing və BARD. Bing OpenAI inkişaflarına əsaslanır, lakin performans baxımından ChatGPT-dən bir qədər aşağıdır. BARD-ın ilk nümayişini cəsarətlə uğursuzluq adlandırmaq olar. Çünki, chatbot kommersiya videoklipində faktiki səhvə yol verdi və bu, şirkətə baha başa gəldi; Onun səhmlərinin qiyməti 7 faizdən çox ucuzlaşaraq, şirkətin bazar dəyərini 100 milyard dollar azaldıb.

Çatbotun gələcəyi hələ məlum deyil. Lakin, indi Google sınaq prosesini avtomatlaşdırmaq və keyfiyyəti təmin etmək üçün süni intellektdən istifadə edən yeni texnologiyaya diqqət yetirib. Hal-hazırda bu, video oyunları buraxılmazdan əvvəl sınaqdan keçirmək və düzəltmək üçün xüsusi qruplar tərəfindən idarə olunur, lakin Google əmindir ki, süni intellekt bu rolu öz üzərinə götürə bilər.

Patent arayışında qeyd olunub ki, bir sıra layihələr gecikmə və səhvlərlə həyata keçirilir, çünki QA mütəxəssisləri həmişə lazımi işlərin tam həcmini yerinə yetirə bilmirlər. Bundan əlavə, test prosesi getdikcə mürəkkəbləşir və Google bu problemlərə son qoyacaq bir həll təklif edir.

Çox güman ki, süni intellekt həqiqətən də video oyunlarda səhvləri uğurla tapa biləcək. Ancaq onlarda, məsələn, Mass Effect Andromeda buraxılmazdan əvvəl nədənsə sınaqdan keçirənlərin qaçırdıqları və real oyunçular tərəfindən dərhal fərq edilənlər kimi məntiqi səhvlər tapmaq mümkün deyil.

Kanal14.az
Asiman Əsədsoy