Gündəm / Siyasət / Dünya

Lavrov Qarabağ məsələsini müzakirə etmək üçün aprelin 6-7-də Türkiyəyə səfər edəcək

Lavrov Qarabağ məsələsini müzakirə etmək üçün aprelin 6-7-də Türkiyəyə səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə aprelin 6-7-də Türkiyəyə səfər edəcək.

"Kanal14.az" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova cümə axşamı keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, yuxarıda qeyd olunan səfər zamanı geniş spektrli məsələlərin, ilk növbədə, qarşılıqlı maraq doğuran ikitərəfli əməkdaşlığın, o cümlədən ticarət, enerji və turizm perspektivlərinin müzakirəsi planlaşdırılır.

"Regional və beynəlxalq gündəliyin aktual məsələləri, o cümlədən Ukraynadakı mövcud vəziyyət, Suriya və Dağlıq Qarabağın nizamlanması, həmçinin Mərkəzi Asiya və Əfqanıstan üzrə fikir mübadiləsi aparılacaq", - Zaxarova bildirib.

Kanal14.az
Kamal Əsgərov