Gündəm / Siyasət / Cəmiyyət / Dünya

Blinken İran və Əfqanıstanda qadınların əzmkarlığından danışıb

Blinken İran və Əfqanıstanda qadınların əzmkarlığından danışıb

"Kanal14.az” "Amerikanın səsi” Radiosunun Twitter paylaşımına istinadən xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken çərşənbə günü qadınların demokratiyada rolunu vurğulayan tədbirdə çıxış edərkən, azadlıqları müdafiə etdiklərinə görə Əfqanıstan və İrandakı qadınların əzmkarlığını vurğulayıb.

Blinken keçən il Mahsa Əmininin polis nəzarətində öldürülməsinə cavab olaraq, İranda etiraz aksiyaları keçirən qadınlar haqqında deyib ki, onlar "qadın, həyat və azadlıq" çağırışı etməklə özlərinə böyük təhlükə altına qoyaraq, cəsarət nümayiş etdiriblər.

Əfqanıstan qadınları haqqında isə Blinken "Talibanın onları gündəlik həyatdan silmək" səylərinə baxmayaraq, qadınların ölkələrində daha yaxşı gələcək üçün mübarizə apardıqlarını deyib.

"Birləşmiş Ştatlar bu qadınlarla və bütün dünyada qadınların tam azad və bərabərliyi üçün çalışan hər kəslə həmrəydir. Diplomatiyamız vasitəsilə biz onları dəstəkləməyə və bütün dünyada gender bərabərliyini inkişaf etdirməyə hazırıq" Blinken bildirib.

ABŞ-ın baş diplomatı deyib ki, qadınlar bu problemlərlə təkcə avtokratiyalarda deyil, həm də oxumaq və işləmək üçün bərabər imkanların olmadığı həddən artıq çox yerdə üzləşir.

Qadın jurnalistlər, vəkillər, siyasətçilər və başqaları davamlı olaraq onlayn təqiblərə və zorakılığa məruz qalır. Zorakılığın qurbanı olan qadınların çox zaman ədalət məhkəməsinə çıxışı olmur. Qadınlar tez-tez onları geriyə atan ayrı-seçkiliklərin hədəfi olur. Bura işdə ikili standartlar, reproduktiv hüquqlar, təhsil və səhiyyəyə çıxış, o cümlədən yoxsulluq daxildir" deyib Blinken.

Kanal14.az
Samirə Əsgərova