Gündəm / Dünya

Yaponiya Ukraynaya 470 milyon dollarlıq yeni humanitar yardım paketi ayırıb

Yaponiya Ukraynaya 470 milyon dollarlıq yeni humanitar yardım paketi ayırıb

Yaponiya Xarici İşlər Nazirliyi Ukraynaya 470 milyon dollar məbləğində yeni humanitar yardım paketi təqdim etmək qərarına gəlib.

"Kanal14.az" "delo.ua"ya istinadən bildirir ki, bu barədə agentliyin saytında məlumat verilib.

Qeyd olunur ki, vəsait minatəmizləmə və dağıntıların təmizlənməsi üçün zəruri olan avadanlıqların alınması, həmçinin infrastrukturun, o cümlədən Ukraynanın kənd təsərrüfatı sənayesi ilə bağlı olanların bərpası üçün nəzərdə tutulub.

Bundan başqa, pulun bir hissəsi hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş Ukrayna enerji sisteminin bərpasına sərf olunacaq.

Yaponiya Xarici İşlər Nazirliyinin nəşrində deyilir: "Yaponiya çətinliklərlə üzləşən Ukrayna xalqını dəstəkləməyə və onlara yaxın olmağa davam edəcək".

Tokionun Kiyevə göndərdiyi humanitar yardımın ümumi məbləği 1,6 milyard dolları ötür.

Kanal14.az
Samirə Əsgərova