Gündəm / Siyasət / Dünya

Türkiyə prezidenti Qərbin ölkəni Rusiyaya qarşı müharibəyə sürükləməsinə imkan verməyəcəyini bildirib

Türkiyə prezidenti Qərbin ölkəni Rusiyaya qarşı müharibəyə sürükləməsinə imkan verməyəcəyini bildirib

Ankaranın hazırkı hökuməti Qərbin ölkəni Rusiyaya qarşı müharibəyə sürükləməsinə imkan verməyəcək,

"Kanal14.az" "RT.com"a istinadən bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ahaber kanalına müsahibəsində bildirib.

"Ölkəmizin müharibəyə cəlb olunmasına imkan verməyəcəyik – bu, bizim seçki şüarlarımızdan biridir”, - deyə, Ərdoğan bildirib.

Onun sözlərinə görə, Ankaranın son iki ildəki səyləri "Qərb klubu”nun ölkəni münaqişəyə sürükləməsinin qarşısını alıb.

"Biz burada olduğumuz müddətdə buna töhfə verməyəcəyik. Bizim niyyətimiz ciddi əzmlə səy göstərmək və Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu oynamaqdır ki, nəticədə uğur qazansınlar”, - Türkiyə lideri vurğulayıb.

Türkiyədə prezident və parlament seçkiləri mayın 14-nə təyin edilib.

Kanal14.az
Kamal Əsgərov