Gündəm / Siyasət / Dünya

Yunanıstan mayın 21-də seçkilərə gedir

Yunanıstan mayın 21-də seçkilərə gedir

Yunanıstanda ümumi seçkilərin vaxtı açıqlanıb. Yunanıstanın baş naziri Kiryakos Mitsotakis seçkilərin mayın 21-də keçiriləcəyini deyib.

"Kanal14.az” "DW”a istinad edərək xəbər verir ki, Yunanıstanda ümumi seçkilərin vaxtı açıqlanıb. Dörd illik səlahiyyət müddəti iyul ayında başa çatacaq baş nazir Kiryakos Mitsotakis ölkə tarixinin ən dəhşətli qatar qəzasının təsiri altında keçirilməsi gözlənilən seçkilərin mayın 21-də keçiriləcəyini açıqlayıb.

Nazirlər Kabinetinin iclasındakı bəyanatı televiziya ilə canlı yayımlanan Mitsotakis bu tarixin Yunanıstanda turizm mövsümünün təsirlənməməsi üçün seçildiyini bildirib.

Mühafizəkar Yeni Demokratiya Partiyasının lideri Mitsotakis bildirib ki, seçkilər ikinci tura keçərsə, ikinci tur ən geci iyulun əvvəlində aparılacaq.
Yunanıstanda seçkiqabağı sorğular Mitsotakisin başçılıq etdiyi Yeni Demokratiya partiyasının seçkilərdə irəlidə olduğunu göstərir. Lakin qatar qəzasından sonra müxalifətin solçu Syriza partiyası arasında fərqi aradan qaldırmış kimi görünür.

Yunanıstanda mayın 21-də seçkilər proporsional seçki sistemi ilə keçiriləcək. Bu sistemdə ilk tur nəticəsində heç bir partiyanın təkbaşına hakimiyyətə gəlmək üçün kifayət qədər deputat sayına çatmayacağı təxmin edilir. Seçkilər ikinci tura keçərsə, ölkədə qüvvəyə minmiş yeni seçki qanunu işləyəcək və bu turda seçki qutusunu qazanan partiyaya parlamentdə əlavə 20-50 yer veriləcək.

Kanal14.az
Nizami Təhməzov