Gündəm / Dünya

Yunanıstanda gündəmdə olan Ərdoğan məktubu: Türkiyədən dostluq hücumu!

Yunanıstanda gündəmdə olan Ərdoğan məktubu: Türkiyədən dostluq hücumu!

"Kanal14.az” "HÜRRİYƏT” qəzetinə istinad edərək xəbər verir ki, Türkiyə və Yunanıstanda baş verən fəlakətlərdən sonra Ankara ilə Afina arasındakı buzlar sürətlə əriyir. Bir-birlərinə yardım əlini uzatan iki ölkə fikir ayrılıqlarını həll etmək üçün addımlar atarkən, prezident Ərdoğanın yazdığı məktub Yunanıstanda gündəm oldu.

Prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisə dünən qeyd olunan 25 Mart Yunanıstanın milli bayramı münasibətilə təbrik məktubu göndərib.

6 fevral zəlzələsindən sonra Yunanıstan hökumətinə və xalqına göstərdikləri həmrəyliyə görə təşəkkür edən Ərdoğan Türkiyə ilə Yunanıstan arasında əlaqələrin daha da inkişaf edəcəyinə inandığını bildirib.

Yunan mətbuatı Ərdoğanın məktubuna geniş yer verib. "25 Mart milli bayramında Türkiyədən Yunanıstana dost hücumu” başlığı ilə oxucularının qarşısına çıxan Proto Tema "Türkiyə siyasi rəhbərliyinin münasibəti təsir edici və görünməmiş görünür” dedi.

Xəbərdə iki ölkə arasında buzların əriməsi, Türkiyədə baş verən zəlzələ və Yunanıstanda baş verən qatar qəzasında liderlərin atdığı addımların bunda təsirli olduğu vurğulanıb.

Kanal14.az
Nizami Təhməzov