Gündəm / Dünya

On minlərlə insan küçələrə çıxdı. Həyat iflic olub

On minlərlə insan küçələrə çıxdı. Həyat iflic olub

"Kanal14.az” "hurriyet.com.tr"a istinadən istinadən xəbər verir ki,Yunanıstanda qatar qəzasına reaksiyalar davam edir. Həmkarlar ittifaqlarının ümumi tətil çağırışından sonra on minlərlə insan küçələrə axışıb.

Tətil qərarı çərçivəsində ölkədə bir çox xidmətlər dayandırılıb. Tətil səbəbindən xəstəxanalar təcili xəstələrdən başqa heç kimi qəbul etməyib və bir çox uçuşlar həyata keçirilməyib.Yunanıstan adalarına gedən bərələr də dayanıb.

AFP-nin məlumatına görə paytaxt Afinadakı nümayişlərə 25 min adam qatılıb. Ölkə üzrə 40 min insanın küçələrə çıxdığı açıqlanıb.
Qatar qəzaslnda 57 adam həyatını itirərkən , 56 sərnişindən hələ də heç bir xəbər yoxdur. Hellenic Train dəmir yolu şirkətinin məlumatına görə, qəza zamanı qatarıda 342 sərnişin və 10 ekipaj, yük qatarında isə 2 heyət olub.

Sərnişinlərin əksəriyyətinin tələbə olduğu bildirilir.Toqquşmadan əvvəl iki qatarın kilometrlərlə eyni xətt üzrə bir-birinə doğru getdiyi öyrənilib.

İnsan səhvi nəticəsində baş verdiyi məlum olan qəzadan sonra ölkənin Baş naziri Mitsotakis üzr istəyib. O. deyib: " Baş nazir olaraq hər kəsə borcluyam. Amma hər şeydən əvvəl qurbanların yaxınlarından üsür istəyirəm”.

Bundan sonara İnfrastruktur və Nəqliyyat naziri Kostas Karamanlis istefa verib.

Kanal14.az
Nizami Təhməzov