Gündəm / Cəmiyyət / Dünya

Londonda Ramazan parıltısı

Londonda Ramazan parıltısı

"Kanal14.az” "hurriyet” qəzetinə istinadən xəbər verir ki, İngiltərənin paytaxtı Londonun ən işlək meydanlarından biri olan Piccadily Circus-un yanında yerləşən Koventri küçəsi ilk dəfə Ramazan işıqları ilə bəzədilib.

Şəhərin mühüm turistik yerlərindən biri olan küçə 30 min işıq lampası ilə təchiz edilib. Küçənin başlanğıc nöqtələrinə "Ramazanınız mübarək” sözləri yazılmış lövhələr asılıb. Şəhərin ilk müsəlman meri Sadik Xan Avropada ilk dəfə bir metropolda asılmış silsilə lampaları yandırdı. İşıqlandırma konsepsiyası Ramazan ayı haqqında məlumatlılığı yaymaq məqsədi daşıyan " Ramazan Lights UK " qeyri-kommersiya təşkilatı tərəfindən hazırlanıb.

Kanal14.az
N.Məmərli