Bu gün Ramazan ayının sonuncu günüdür
Bu gün Ramazan ayının 29-cu, yəni sonuncu günüdür.
Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı isə Ramazan ayının son günü — Bayram axşamı şam namazından sonradır.
QMİ-nin Qazılar Şurasının Fətvasına görə adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur.
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 14-dən başlayıb.