Gündəm / Siyasət / Dünya

İran XİN rəhbəri gələn həftə Moskvaya rəsmi səfər etməyi planlaşdırır

İran XİN rəhbəri gələn həftə Moskvaya rəsmi səfər etməyi planlaşdırır

İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian bazar günü bildirib ki, İranın Ukrayna münaqişəsini dayandırmaq səyləri çərçivəsində təhlükəsizlik məsələlərini müzakirə etmək üçün gələn həftə Moskvaya rəsmi səfər edəcək.

İranın Ukraynada istifadə üçün Rusiyaya pilotsuz uçan aparat tədarük etdiyinə dair iddialar barədə suala Əmirabdollahian bildirib ki, "İran münaqişə tərəflərindən heç birini dəstəkləmir”.

"Kanal14.az" "Tasnim"ə istinadən bildirir ki, O, həmçinin Ukrayna tərəfinə dialoqa diqqət yetirmək və Tehrana qarşı iddialarından əl çəkmək üçün mesaj verib.

İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian bazar günü mətbuat konfransında deyib: "Moskva ilə yaxşı münasibətlərə malik olmasına baxmayaraq, Tehran Krımın və ya hər hansı digər bölgənin Ukraynadan ayrılmasını tanımır və münaqişəni dayandırmaq üçün səylərini davam etdirəcək".

Həm Moskva, həm də Tehran İranın Ukraynada istifadə üçün Rusiyaya pilotsuz uçan aparatların tədarükü ilə bağlı iddiaları rədd edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu iddiaları "saxta xəbər” adlandırıb və Rusiya ordusunun yalnız yerli istehsal olan dronlardan istifadə etdiyini təkrarlayıb.

2022-ci ilin noyabrında Əmirabdollahian İranın Rusiyaya pilotsuz təyyarələr tədarük etdiyini, ancaq az miqdarda və Ukraynada hərbi əməliyyatlar başlamazdan əvvəl təsdiqləyib.

Kanal14.az
Ulduz Talıblı