Gündəm / Dünya

Tehran, Kiyevin Rusiya Silahlı Qüvvələrinin İrana məxsus olduğu iddia edilən PUA-lardan istifadə etməsi ilə bağlı heç bir sübutunun olmadığını deyib

Tehran, Kiyevin Rusiya Silahlı Qüvvələrinin İrana məxsus olduğu iddia edilən PUA-lardan istifadə etməsi ilə bağlı heç bir sübutunun olmadığını deyib

Ukrayna Rusiya silahlı qüvvələrinin İrana məxsus olduğu iddia edilən pilotsuz uçuş aparatlarının (PUA) istifadəsinə dair sübut təqdim etməyib.

"Kanal14.az" bildirir ki, bu barədə ötən gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian CNN telekanalına müsahibəsində bildirib.

"Biz heç bir tərəfə silah vermirik” deyən İran XİN rəhbəri Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan Tehranın "siyasi dialoq”da israrlı olduğunu qeyd edib.
Abdollahian, İranın Rusiya Federasiyasına Ukraynada istifadə üçün PUA-lar verməsi ilə bağlı iddiaları yalan adlandırıb.

Nazirin sözlərinə görə, iranlı ekspertlər Ukrayna tərəfinin təqdim etdiyi "şəkilləri tədqiq edib” və "bu şəkillərin İranla heç bir əlaqəsi yoxdur” qənaətinə gəliblər. "Dörd aydır ki, biz danışıqların ikinci raundunu gözləyirik və onların [Ukrayna hakimiyyətinin nümayəndələrinin] gəlib real sənədləri təqdim etmələrini gözləyirik. Ukraynalılar təkrar edirlər ki, iki həftədən sonra [bu, olacaq], tezliklə, lakin indiyədək heç nə baş verməyib”, - deyə. İranın xarici işlər naziri bildirib.

Kanal14.az
Fatimə Kamalqızı