Gündəm / Dünya

Dünyanın gözü Moskvadakı kritik zirvədə... Ard-arda flaş bəyanatlar

Dünyanın gözü Moskvadakı kritik zirvədə...- Ard-arda flaş bəyanatlar

Kütləvi İnformasiya Vasitələrinin verdiyi məlumata görə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Çin prezidenti Si Cinpin ilk dəfə Rusiyaya səfər edib. Dünya Çin liderinin Moskvaya səfərini diqqətlə izləyir.

"Kanal14.az” "Hürriyət” qəzetinə istinadən xəbər verir ki, AP "Putin üçün Cinpinin Kremldə olması prestijli bir səfər və diplomatik qələbədir” şərhini versə də, ilk bəyanat Çindən gəldi. Sinin mesajından qısa müddət sonra isə Ukrayna cəbhəsi sükutu pozdu.Ukraynada müharibə tam sürətlə davam edərkən dünyanın gözü Moskvadadır.

Müharibə başlayandan sonra ilk dəfə Rusiyaya səfər edən Çin prezidenti Si Cinpin Moskvaya eniş edib.

3 günlük səfərin Beynəlxalq Cinayət Məhkəməsinin Putini axtarışda olan şəxs elan etməsindən sonra baş tutması diqqətdən qaçmayıb.
Si Cinpini qırmızı xalıda iki ölkənin himnlərini səsləndirən hərbi orkestr və baş nazirin müavini Dmitri Çernışenko qarşılayıb.

Rusiya Xəbər agentliklərinin məlumatına görə, Çin lideri buradakı bəyanatında ikitərəfli münasibətlərin sürət qazanacağına ümid etdiyini vurğulayıb.
"Mən əminəm ki, səfər səmərəli olacaq və Çin-Rusiya münasibətlərinin sağlam və sabit inkişafına yeni təkan verəcək”, - deyə Si Cinpin bildirib.
Si Cinpin həmçinin Rusiya və Çini "yaxşı qonşular” və "etibarlı tərəfdaşlar” adlandırıb.

Beynəlxalq xəbər agentliyi AP "Putin üçün Sinin Kremldə olması prestijli səfər və diplomatik qələbədir” şərhini yazıb.

BBC-nin Çin müxbiri Stiven Makdonelin sözlərinə görə, Çin liderinin rusiyalı həmkarına verə biləcəyi 3 fərqli siqnal var;

-İndi vəziyyəti xilas edəcək bəzi kompromislərlə geri çəkilməyi düşünmək.

-Davam etmək üçün yaşıl işıq və daha da çətin işğal.

-Ya da bunların heç biri.

Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin Pekində keçirdiyi gündəlik brifinqdə deyib ki, Sinin Moskvaya səfəri "dostluq, əməkdaşlıq və sülh səyahətidir”.

Kanal14.az
Aytəkin Talıbqızı