Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Moskvaya səfəri zamanı Rusiyanın sanksiyalar vasitəsilə müharibə astanasından geri çəkilməsinə çalışacaq.

"Kanal14.az" "Times" qəzetinə istinadən xəbər verir ki, Uolles rusiyalı həmkarı Sergey Şoyquya Ukraynaya mümkün müdaxilənin Moskvanı məğlub vəziyyətinə salacağını söyləmək niyyətindədir.

Qeyd edək ki, Böyük Britaniyanın müdafiə naziri bu gün Rusiyaya səfər edəcək.