Gündəm / Siyasət / Dünya

ABŞ prezidenti gözlənilmədən Kiyevə səfər edib

ABŞ prezidenti gözlənilmədən Kiyevə səfər edib

"Kanal14.az” BBC- yə istinadən xəbər verir ki, ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynanı işğal etməsinin ildönümü ərəfəsində gözlənilmədən Ukraynaya gəlmişdir. Ukrayna Xarici İşlər naziri demişdir: "ABŞ Prezidentinin Kiyevə bu səfərinin Rusiyaya açıq siqnal verdiyi qənaətindəyəm”.

Dmitri Kuleba səfəri "Ukrayna xalqının və Ukrayna prezidenti Vladimir Zelenskinin qələbəsi kimi qiymətləndirib.
O,səfərin "tarixi olduğunu” deyib və əlavə edib ki, həm Bayden, həm də Zelenski bugünkü danışıqlardan məmnundurlar.
"Bu səfər hər şeyə rəğmən, Ukraynanın qələbəsi və bütün azad dünya naminə həyata keçirilib”.

Kuleba əlavə edir: "Bu bataqlığa açıq bir siqnaldır - heç kim sizdən qorxmur!" - güman ki, Rusiyaya istinad edilir.

Kanal14.az
Ulduz Talıblı