Gündəm / Dünya

VW-nin Rusiyadakı aktivləri dondurulub

VW-nin Rusiyadakı aktivləri dondurulub

Rusiya məhkəməsi Almaniyanın Volkswagen avtomobil trestinin bu ölkədəki bütün aktivlərini dondurdu.

"Kanal14.az” " DW” ( Deutsche Welle )-a istinadan xəbər verir ki, Rusiyanın Nisjni Novqorod şəhərində VW ilə birgə istehsal edən rus avtomobil istehsalçısı GAZ, VW-nin keçən ilin avqustunda bu ortaqlıqdan çıxmasından sonra Alman şirkətinə təxminən 16 milyard rubl (194 milyon avro) ziyan vurduğunu iddia edərək, məhkəməyə müraciət edib.

Ötən il Rusiyanın Ukraynaya hücumundan sonra VW bu ölkədəki fəaliyyətini dayandırıb və paytaxt Moskvanın cənubundakı Kaluqadakı fabrikini satmaq niyyətindədir. İldə 225 min avtomobil istehsal etmək gücünə malik olan obyektdə ötən ilin martından bütün fəaliyyətlər dayandırılıb.

Kanal14.az
N.Məmərli