Gündəm

“Avtomobil Yolları” azərbaycanlı milyarderin şirkətinə qarşı 5.4 milyardlıq iddia qaldırdı

“Avtomobil Yolları” azərbaycanlı milyarderin şirkətinə qarşı 5.4 milyardlıq iddia qaldırdı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Rusiyada "Avtomobil Yolları” ("Avtodor”) dövlət şirkəti azərbaycanlı milyarder-oliqarx Araz Ağalarovun "Crous İnternational” şirkətinə qarşı 5.4 milyard rubl məbləğində iddia qaldırıb.

Kanal14  Rusiya mənbələrinə istinadən xəbər verir ki, iddia Moskva ətrafında dairəvi avtomobil yolunun tikintisi ilə bağlı ola bilər.

İddia Moskva Arbitraj məhkməsinin saytında yerləşdirilib. İddia ərizəsi dekabrın 16-da qeydə alınıb. Lakin ərizənin məzmunu saytda göstərilmir. "RİA Novosti” agentliyinə məlumat verən mənbə deyib ki, Moskva ətrafındakı Mərkəzi dairəvi avtomobil yolunun birinci hissəsinin tikintisi zamanı müqavilə şərtlərinin pozulması ilə bağlıdır. "Crocus Group” şirkətindən isə iddianın "çox güman ki, yanlışlıq olduğunu” və sabah geri çəkilə biləcəyini deyiblər. "Avtodor” isə şərh verməkdən imtina edib.

"Avtodor” 2015-ci ilin avqustunda "Crocus İnternational” şirkəti ilə uzunmüddətli investisiya əməkdaşlığı barədə müqavilə imzalayıb. Müqavilə 49.5 kilometrlik yolun çəkilməsini nəzərdə tuturdu və dəyəri 49 milyard rubla yaxın idi. Bu məbləğdən 6.7 milyard dollarını "Crocus İnternational” özü yatırmalıydı.

2019-cu ildə "Avtodor”un keçmiş rəhbəri Sergey Kelbax vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət məsuliyyətinə cəlb olunub. İstintaqın versiyasına görə o, "Crocus İnternational” şirkətinə əsassız olaraq 2 milyard rubl avans ödəyib. Şirkət isə həmin vəsaiti tikintiyə sərf etmək əvəzinə depozitə yerləşdirib