Gündəm / Siyasət / Dünya

Ərdoğan Putin və Zelenski ilə daim əlaqə saxladığını deyir

Ərdoğan Putin və Zelenski ilə daim əlaqə saxladığını deyir

"Kanal14.az" "Tass.ru"ya istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putin və Vladimir Zelenski ilə daimi təmasda olduğunu və onlar arasında danışıqların təşkili üçün səyləri davam etdirmək niyyətində olduğunu bildirib.

"Ukrayna münaqişəsinin ədalətli və sülh yolu ilə sona çatması üçün biz diplomatik səylərimizi davam etdiririk. Mən cənab Putin və cənab Zelenski ilə daim əlaqə saxlayıram. Biz tərəfləri danışıqlar masası arxasına qaytarmaq üçün səylərimizi sona qədər davam etdirəcəyik”, - deyə Ərdoğan Türk Dövlətləri Təşkilatının fövqəladə sammitində çıxışı zamanı bildirib.

Kanal14.az
Nizami Təhməzov