Gündəm / Siyasət / Dünya

Qazaxıstan ölkənin adının Qazax Respublikası adlandırılmasını təklif edir

Qazaxıstan ölkənin adının Qazax Respublikası adlandırılmasını təklif edir

Qazaxıstanda yenə də ölkənin adının Qazax Respublikası adlandırılmasını təklif ediblər. Bu təkliflə Qazaxıstanın "Ak Yol” Demokratik Partiyasının lideri Azat Peruaşev çıxış edib.

Partiya əmindir ki, respublika "onu yaradan insanların adı ilə” adlandırılmalıdır. "Gec-tez biz buna gələcəyik. İnanırıq ki, bu, tarixi ədalətdir”, – deyə, Peruaşev bildirib. Adının dəyişdirilməsi ilə bağlı təklif partiyanın siyasi proqramına daxil edilib.

2019-cu ildə partiya üzvləri artıq ölkənin adının dəyişdirilməsini təklif ediblər, lakin hökumət onların təşəbbüsünü dəstəkləməyib. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev 2019-cu ildə bəyan etmişdi ki, ölkənin adının dəyişdirilməsi üçün heç bir əsas yoxdur.

"Kanal14.az" "gazeta.ru"ya istinadən xəbər verir ki, 2014-cü ildə Qazaxıstan lideri Nursultan Nazarbayev ölkənin adının Kazak Eli (Qazax torpağı) olaraq dəyişdirilməsini təklif edib.

Kanal14.az
Anarə Muhəmməd