Gündəm / Sosial

Nazarbayev Əkbər Qoşalını təltif etdi

Tanınmış yazar Əkbər Qoşalı Qazaxıstan Prezidenti Qasım-Jomərt Tokayevin 03 iyul 2020-ci il tarixli təqdimatı, qardaş ölkənin lideri, Elbaşı Nursultan Nazarbayevin imzası ilə medalla təltif edilib.

Kanal14.az Kult.az-a istinadən xəbər verir ki, Qazaxıstanın Elbaşı, türk dünyasının ağsaqqalı Nursultan Nazarbayevin imzası ilə verilən medal məhz Nursultan Nazarbayevin təşəbbüsü ilə qurulmuş və onun başqanlığı ilə fəaliyyət göstərən Qazaxıstan Xalqı Assambleyasının yaradılmasının 25 illiyi münasibəti ilə təsis olunub.

Qeyd edək ki, imzası və ədəbi-ictimai fəaliyyəti türk ölkə və topluluqlarının, o cümlədən Qazaxıstan yeni nəsil yazarları arasında yaxşı bilinən Əkbər Qoşalı bundan öncəki illərdə qardaş ölkənin nüfuzlu ALAŞ Beynəlxalq Ədəbi Mükafatına, Tölegen Ayberqanov Ədəbi Mükafatına və "Kültəkin” medalına, habelə Qazaxıstan Mədəniyyət-İdman Nazirliyinin "Fəxri Fərmanı”na da layiq görülüb.