Gündəm / Siyasət / Dünya

Paşinyan NATO-nun keçmiş baş katibini qəbul edib

Paşinyan NATO-nun keçmiş baş katibini qəbul edib

"Kanal14.az" "news.am"a istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan NATO-nun keçmiş baş katibi, "Rasmussen Global” beynəlxalq siyasi məsləhətçi təşkilatının təsisçi sədri Anders Foq Rasmusseni qəbul edib.

Nikol Paşinyan və Anders Foq Rasmussen fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşü xatırladıblar.

Həmsöhbətlər regional hadisələr və təhlükəsizlik çağırışları ətrafında fikir mübadiləsi aparıblar. Cənubi Qafqazda təhlükəsizlik və sabitlik ilə bağlı məsələlər müzakirə edilib, bu istiqamətdə hər iki tərəfin daimi səylərinin vacibliyi vurğulanıb.

Kanal14.az
Anarə Muhəmməd