Gündəm / Siyasət

Ermənistan, Azərbaycan və Gürcüstan başçıları Münhen konfransında Cənubi Qafqaz mövzusunu müzakirə edəcəklər

Ermənistan, Azərbaycan və Gürcüstan başçıları Münhen konfransında Cənubi Qafqaz mövzusunu müzakirə edəcəklər

Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu gün, fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda təhlükəsizliyə dair panel müzakirələrində iştirak edəcəklər.

"Kanal14.az" bildirir ki, bu barədə konfransın saytında məlumat verilib.

Qeyd olunur ki, panel müzakirəsində ATƏT-in baş katibi Helqa Mariya Şmidt də iştirak edəcək.

Müzakirələrə Münhen Təhlükəsizlik Konfransının sədri, alman diplomat Kristof Heusgen moderatorluq edəcək.

Kanal14.az
Jalə Əsədova