Gündəm / Dünya

Böyük Britaniya yaşıl enerji üçün seçilmiş kursda uğursuzluğa düçar oldu

Böyük Britaniya yaşıl enerji üçün seçilmiş kursda uğursuzluğa düçar oldu

"Kanal14.az" "The Telegraph”a istinadən yazır ki, Britaniyanın 2050-ci ilə qədər tullantıları sıfıra endirməli olan enerji siyasəti hakimiyyət orqanlarının qalıq yanacaqlardan istifadəyə qayıtmağa başlaması ilə iflasa uğrayıb.

Nəşr qeyd edib ki, Britaniyanın enerji siyasəti tam bir fəlakət olub və olaraq qalır. İlkin planlara əsasən, ölkə 2050-ci ilə qədər sıfır emissiyaya nail olmağı hədəfləyirdi ki, bu da bərpa olunan mənbələrə diqqət yetirməyi tələb edir. Ancaq, indi hökumət, bəyan etdiyi məqsədlərinin əksinə olaraq, təmiz layihələrin çox uzun sürdüyü üçün qısa müddətdə enerji təhlükəsizliyini yaxşılaşdırmaq üçün daha çox qalıq yanacaq tələb olunacağını iddia edir.

Nəşrin yazdığına görə, enerji sektoruna investisiya qoyuluşu gözlənilməz gəlir vergisi ilə əngəllənir. Eyni zamanda, EDF, Orsted və RWE daxil olmaqla, böyük elektrik tədarükçülərinin rəhbərləri sərt vergi yığımları tətbiq edən Böyük Britaniyanın səlahiyyətli orqanlarının on milyardlarla funt sterlinq dəyərində ekoloji sərmayələri təhlükə altına atdıqları barədə xəbərdarlıq ediblər.

Məqalə müəllifinin fikrincə, yeni atom elektrik stansiyaları (AES) tikilsə, ölkədə vəziyyət yaxşılaşa bilər. Lakin, sonuncu stansiya 1995-ci ildə istismardan çıxıb və yenisi 2027-ci ilə qədər tikiləcək.

Kanal14.az
Fatimə Kamalqızı