Gündəm / Dünya

Rusiya Ukrayna müharibəsinin ən ölümcül gününü yaşadı...

Rusiya Ukrayna müharibəsinin ən ölümcül gününü yaşadı...

Rusiya qüvvələri Ukraynaya "Termit” yağdırdı!

"Kanal14.az” " İngiltərənin " Daily Mail” qəzetinə ( 13.03.23 ) istinadən xəbər verir ki, Ukraynadan gələn xəbərlər bomba kimi gündəmə düşdü. Rusiya Ukrayna müharibəsində ən ölümcül gününü yaşadı.

İngiltərənin Daily Mail online qəzetində yer alan xəbərə görə, Ukrayna ordusu 1090 rus əsgərinin öldürüldüyünü iddia edir.

Rusiyanın bu itkilərə cavabı da sərt oldu. Rusiya keçmişdə mülki şəxslərə qarşı istifadəsi müharibə cinayəti sayılan termit bombalarından istifadə etməkdə ittiham olunur. Eyni xəbərə görə, Rusiyanın bu silahdan istifadə etdiyini göstərən görüntülər ortaya çıxıb.

Daily Mail bu açıqlamaları yayıb; "Putin qüvvələrinin Donetsk vilayətində olduğu iddia edilən yaşayış məntəqəsinə yandırıcı bombalar yağdırması ilə bağlı görüntülər ortaya çıxıb”.

Kanal14.az
Nizami Təhməzov