Gündəm / Siyasət / Dünya

Putindən sərt açıqlama

Putindən sərt açıqlama

"Kanal14.az” "Sözçü.com.tr" saytına istinad edərək xəbər verir ki, ”Rusiya-Ukrayna müharibəsinin birinci ili yaxınlaşdığı bir vaxtda Rusiya prezidenti Putindən çox sərt açıqlamalar gəldi.

Rusiya-Ukrayna müharibəsi ilə bağlı aktual məlumatları paylaşan Putin, "Ölkəmiz üçün çətin bir zamanda bu çıxışı edirəm" - deyib və bu müharibənin Rusiyanın və rus xalqının gələcəyini formalaşdıracağını bildirib.

"Biz Ukrayna ilə bu problemi sülh yolu ilə həll etmək üçün əlimizdən gələni etdik” - deyə, Putin bildirib. "Biz səbirli olduq, çətin anlarda sülh yolu tapmaq üçün danışıqlar apardıq, amma arxamızda tamam başqa ssenari hazırlanmışdı”.

Qərb ölkələrini müharibəyə başlamaqda ittiham edən Putin, " ABŞ- ın rəhbərliyi altında Qərb dövlətləri qeyri-məhdud güc əldə etmək istəyirdilər. Qərb sanksiyalar paketləri ilə Rusiyanın gəlirlərini azaltmağa çalışdı, lakin bu, uğursuz oldu." - deyə, əlavə edib.

Kanal14.az
Nizami Təhməzov